Sağlam qidalanmaya üstünlük verənlərin tez-tez müzakirə etdiyi məsələlərdən biri də toyuğun hansı hissəsinin daha faydalı olmasıdır.
Foodinfo.az xəbər verir ki, seçim insanın qidalanma məqsədindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
Toyuq döşü daha az yağ və daha çox protein tərkibinə malikdir. Dərisiz şəkildə istehlak edildikdə kalori miqdarı aşağı olur. Bu səbəbdən arıqlamaq istəyənlər və ya yağ qəbulunu azaltmağa çalışanlar üçün daha uyğun seçim hesab edilir.
Toyuq budu isə nisbətən daha yağlıdır və buna görə daha şirəli və dadlı olur. Enerji ehtiyacı yüksək olan şəxslər üçün uyğun sayılsa da, kalori miqdarı döş ətinə nisbətən daha çoxdur.
Hər iki hissə düzgün bişirildikdə sağlam qida hesab olunur. Əsas məsələ toyuğun dərisini çıxarmaq, qızartmadan uzaq durmaq və porsiyaya nəzarət etməkdir.
Balanslı qidalanma çərçivəsində həm döş, həm də bud əti rasiona daxil edilə bilər. Seçim isə fərdi ehtiyaclara uyğun müəyyən edilməlidir.






