Süfrələrin vazkeçilməz ləzzətlərindən olan turşu hazırlamağın müəyyən hiylələri var. Turşu hazırlayarkən bəzi tövsiyələrə əməl etməklə xırtıldayan turşuları bir deyil, 2 il istehlak edə bilərsiniz.
Foodinfo.az xəbər verir ki, yaydan hazırladığınız turşuların yumşalmaması üçün diqqət etməli olduğunuz ən vacib məqam keyfiyyətli və təzə tərəvəzlərdən istifadə etməkdir. Bu məhsulları diqqətlə təmizlədikdən sonra şüşə bankalara yerləşdirmək lazımdır. Turşuya istifadə edəcəyiniz suyunun ərpsiz olduğundan əmin olun.
Turşunu uzun müddət xırtıltılı və dadlı saxlamaq üçün bankanın dibinə çörək qırıntıları və ya şəkər əlavə etmək lazımdır. Beləliklə, turşularınız daha uzun müddət təzə qalacaq.
Turşu inqrediyentlərini bankaya yerləşdirdikdən sonra onlara su əlavə edin. Bu mərhələdə əlavə etdiyiniz duza da diqqət yetirməlisiniz. 5 litrlik turşu qabı üçün 5 xörək qaşığı duz əlavə etmək lazımdır. Suyun miqdarı kifayət deyilsə, turşuya əlavə su tökə bilərsiniz.
Turşuda bakteriya böyüməsinin qarşısını almaq üçün təmizlik şərtlərinə də diqqət yetirməlisiniz. Turşu qabını yaxşıca təmizləyib tərəvəzləri sirkəli suda saxlayaraq uzun müddət təzə qalan turşular hazırlaya bilərsiniz.