"Bəzən vaksin olunduqdan sonra insanlar səhvən onlarda qəbul etdiyi qidanın yaratdığı allergik reaksiyanı peyvəndlə əlaqələndirə bilərlər".
Foodinfo.az xəbər verir ki, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.
“Eyni zamanda həmin maddələr təsir də göstərə bilər. Buna görə də vaksindən sonra alkaqollu içkilərin, şokaladın qəbulu məsləhət görülümür”, - o bildirib.