Azərbaycanda əhalinin əsas istehlak səbətinə daxil olan kərə yağının qiyməti təkcə son ayda 2% bahalaşıb. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanda yerli istehsal olan kərə yağının hər kiloqramı 16.84 manat olmuş, bu da son ayda 26 qəpik, yaxud 1.6% bahalaşıb. Xaricdən idxal olunan kərə yağının qiyməti rəsmən 17 manat/kq-nı ilk dəfə üstələyir. Belə ki, ortalama idxal olunmuş kərə yağının hər kiloqramı son ayda 36 qəpik, yaxud 2.1% bahalaşmışdır. Bu son bir ildə isə yerli kərə yağlarının kiloqramının qiyməti  72 qəpik, yaxud 4.5%, xaricdən gətirənlərin isə 51 qəpik, yaxud 3.1% bahalaşmışdır.