Tanınmış rusiyalı dietoloq Yelena Solomatina deyib ki, şirin və yağlı qidalar yemək eşitməyə mənfi təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, o, "Moskva 24" telekanalına müsahibəsində yağlı ət və fast food kimi məhsullar qulaqda eşitmə probleminin inkişafına kömək etdiyini açıqlayıb.
Belə ki, bu xəstəliklə eşitmə aparatının qan tədarükü pozulur, qan damarları əziyyət çəkir və insan daha pis eşitməyə başlayır.
Mütəxəssis bildirib ki, şirniyyatı həddindən artıq çox yemək də şəkər xəstəliyinə səbəb ola bilər. Bu xəstəlik isə beyin hüceyrələri və eşitmə üzvlərinin fəaliyyətinə mənfi təsir göstərir.
Nurlan