
Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin (A*STAR) alimləri Sinqapur Milli Xərçəng Mərkəzi (NCCS) ilə birlikdə qırmızı ətdən yüksək dəmir qəbulu ilə kolorektal xərçəngin inkişafı arasında əlaqə müəyyən ediblər.
Kəşf bu prosesin altında yatan mexanizmlərə işıq salır və terapiyaya yeni yanaşmalar üçün perspektivlər açır.
Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, “Cancer Discovery” jurnalında dərc olunan araşdırma göstərir ki, qırmızı ətdən alınan dəmir, şişlərin inkişafında mühüm rol oynayan bir ferment olan telomerazanı aktivləşdirir. Bu reaksiya xərçəng hüceyrələrinin bölünməsi və xəstəliyin irəliləmə sürətinin artması ilə əlaqələndirilir.
Alimlər qrupu dəmirin telomeraza ilə qarşılıqlı təsirini maneə törədə, şiş böyüməsini dayandıra bilən kiçik bir molekul olan SP2509 inkişaf etdirdi. Təcrübələrdə bu molekul telomeraza aktivliyini və nəticədə şiş böyüməsini azaltmağa kömək edib.