Yumurtaların təzəliyini və qida dəyərini qorumaq üçün soyuducuda düzgün saxlanması vacibdir. Yumurta tərkibindəki vitamin və minerallara görə sağlam qida mənbəyidir və bir çox fərqli şəkildə istehlak edilə bilər. Bununla belə, düzgün saxlanılmayan yumurtalar tez köhnəlir və xarab olur.
Foodinfo.az xəbər verir ki, yumurta yüksək qida dəyərinə malik qidadır və gündəlik qida rasionunun vazkeçilməz hissəsidir. Ancaq bu qiymətli qida mənbəyinin soyuducuda düzgün saxlanması onun təravətini qorumaq və qida dəyərini saxlamaq üçün çox vacibdir.
Soyuducunun qapısı daimi açılıb bağlanması səbəbindən temperatur dəyişkənliyinə məruz qalır. Bunun üçün də yumurta saxlamağa uyğun yer deyil. Bu dalğalanmalar yumurtaların tez köhnəlməsinə və xarab olmasına səbəb ola bilər.
Yumurtalarınızı soyuducuda saxlayarkən aşağıdakı məqamlara diqqət yetirməlisiniz.
1. Aldığınız qabda saxlayın:
Yumurtalarınızı marketdən aldığınız karton və ya plastik qablaşdırmada saxlayın. Bu paketlər yumurtaları qorumağa kömək edir.
2. Orta rəfdən istifadə edin:
Soyuducunun orta rəfi ümumiyyətlə temperatur dəyişikliklərindən ən az təsirlənən sahədir. Buna görə də yumurtalarınızı soyuducunun orta rəfində saxlayın.
3. Onları çevirin
Hava axını təmin etmək və yumurtanın sarısının mərkəzdə qalmasına kömək etmək üçün yumurtalarınızı vaxtaşırı çevirin.
4. Yumayın: Yumurtalarınızı yuyub saxlamayın. Onun qabığındakı qoruyucu təbəqə bakteriyaların içəri keçməsinin qarşısını alır. Əgər yumağa ehtiyac hiss edirsinizsə, bunu yalnız istifadə etməzdən bir az əvvəl edin.