Aralıq dənizi mətbəxinin sevilən nümunələrindən biri olan pomidor souslu lobya həm doyumlu, həm də faydalı yemək kimi tanınır. Bu yemək sadə inqrediyentlərlə hazırlanmasına baxmayaraq zəngin dadı ilə seçilir və gündəlik menyuda xüsusi yer tutur. Foodinfo.az vazhnoznat saytına istinadla xəbər verir ki, lobya əsaslı yeməklər Yunanıstanda geniş yayılıb və ənənəvi qidalanmanın mühüm hissəsidir.
Mütəxəssislər bildirirlər ki, paxlalılar, xüsusilə lobya, zülal, lif və minerallarla zəngin olduğu üçün sağlam qidalanmada əhəmiyyətli rol oynayır. Yunan ailələrində bu tip yeməklər həftəlik menyunun ayrılmaz hissəsi sayılır. Pomidor, tərəvəzlər və ədviyyatlarla birlikdə bişirilən lobya həm qidalandırıcı, həm də orqanizm üçün faydalı hesab olunur.
Reseptin hazırlanması mərhələli şəkildə həyata keçirilir. Əvvəlcə lobya qaynadılır və yumşaldılır. Daha sonra soğan, yerkökü, kərəviz, bolqar bibəri və sarımsaq doğranaraq qızardılır və üzərinə pomidor, tomat pastası və ədviyyatlar əlavə olunur. Hazırlanan tərəvəz qarışığı lobyanın üzərinə tökülərək sobada bişirilir və nəticədə aromatik, yumşaq və ləzzətli yemək əldə edilir.
Bu yemək həm isti, həm də ilıq halda təqdim oluna bilər və sağlam həyat tərzini dəstəkləyənlər üçün ideal seçim sayılır.






