Dietoloq Yelena Solomatina kabab üçün faydalı marinadın hazırlanması ilə bağlı tövsiyələrini bölüşüb. Onun fikrincə, marinadda soğan, turş meyvə və giləmeyvə kimi təbii inqrediyentlərdən istifadə etmək ən yaxşı seçimdir.

Foodinfo.az xəbər verir ki, marinad üçün klyukva, qırmızı qaragilə (brusnika) və ya tərkibində ət liflərinin parçalanmasına kömək edən bromelain olan ananas ideal seçimdir. Həmçinin təbii turş tomat sousu və sirkədən də istifadə etmək olar.

Solomatina xüsusilə soğan sousunu qeyd edərək vurğulayıb ki, Qafqazda əti məhz soğanda marinad etmək ənənəsi var, çünki bu, böyük fayda verir.

İstənilən turşu mədə şirəsinin işini yaxşılaşdırmağa kömək edir, xüsusən də söhbət donuz və mal ətindən hazırlanan kababdan gedirsə. Balıqdan kabab hazırlayarkən isə turşuya ehtiyac yoxdur, çünki ət özlüyündə daha yumşaqdır — deyə o izah edib.

Bundan əlavə, Solomatina əlavə edib ki, əti hətta qazlı suda da marinad etmək mümkündür.