Qida məhsulları zənginləşdirilə (fortifikasiya oluna) bilər. Qida məhsullarının zənginləşdirmə tələbləri, metodları və zənginləşdirmə (fortifikasiya) prosesində istifadə edilən inqrediyentlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmalıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunub. Sənəddə bildirilib ki, qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya olunması) haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elmi əsaslandırılmış təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar qida subyektləri üçün məcburi xarakter daşıyır.

Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.