Dadlı və doyumlu salat hazırlamaq üçün uzun müddət sərf etməyə ehtiyac yoxdur — bu resept cəmi 10 dəqiqəyə hazır olur. Tərəvəzlər, yumurta və tun balığının ahəngdar birləşməsi ilə seçilən bu iştahaaçan salat süfrə üçün ideal seçimdir. Foodinfo.az 1 dəqiqə portalına istinadla xəbər verir ki, resept həm tez hazırlanması, həm də zəngin tərkibi ilə fərqlənir.

Lazım olan inqrediyentlər:

  • 3 ədəd bişmiş yumurta

  • 1/2 banka konservləşdirilmiş qarğıdalı

  • 50–70 q dondurulmuş qulançar

  • 1 ədəd xiyar

  • 1 ədəd pomidor

  • 200 q yağda konservləşdirilmiş tun balığı

  • Mayonez və ya yoqurt

  • Duz və istiot (zövqə görə)

  • Cəfəri və yaşıl soğan

  • Kahı yarpaqları

Hazırlanma qaydası:

  1. Yumurtaları bərk bişirin, soyuduqdan sonra qabığını soyun və dörd hissəyə bölün.

  2. Xiyar və pomidoru yaxşıca yuyun. Soğanı təmizləyib yarımhalqa formasında doğrayın.

  3. Xiyarı yarımhalqa, pomidoru isə xırda tikələr şəklində doğrayın. Kahı yarpaqlarını yuyub qurulayın və orta ölçülü hissələrə bölün.

  4. Qarğıdalını süzgəcə tökərək artıq mayesini süzdükdən sonra salat qabına əlavə edin.

  5. Dərin qabda doğranmış tərəvəzləri, qulançarı, qarğıdalını, tun balığını və cəfərini birləşdirin. Duz və istiot əlavə edib mayonez və ya yoqurtla qarışdırın.

Qısa vaxtda hazırlanan bu salat həm gündəlik menyu, həm də qəfil qonaqlar üçün ideal seçim hesab olunur.