Qidalanma və Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzinin yaşa bağlı qidalanma laboratoriyasının rəhbəri, tibb elmləri namizədi Yekaterina Pıryeva bildirib ki, əhəmiyyətli dərəcədə arıqlamaq üçün pəhrizə yenidən baxmaq və gündəlik kalori qəbulunu azaltmaq lazımdır.

Foodinfo.az bildirir ki, ekspert gündə üç dəfə yeməyi beşə bölməyi tövsiyə edib.  

Pıryeva qeyd edib ki, gündə beş dəfə balanslaşdırılmış qidalanma ilə aclıq hissi olmayacaq və həddindən artıq yemək riski də azalacaq.

O, hər yeməyə zülal daxil etməyi və onu düzgün karbohidratlarla - tərəvəz, meyvə və ya dənli bitkilərlə əlavə etməyi məsləhət görüb.