Siz də orta məktəbdə və ya evliliyinizdən əvvəl olduğunuz çəkiyə qayıtmaq istəyirsiniz? Əgər arzunuz arıqlamaqdırsa, düzgün yolu seçin, kiçik və davamlı addımlarla arzunuza çatın.
Foodinfo.az arıqlamaq və ideal çəkiyə çatmaq üçün üç kiçik məsləhəti qeyd edir:
1. Məqsədlərinizi kiçik və konkret qoyun.
“Mən daha az axşam yeməyi yeyib daha çox məşq etməliyəm” demək əvəzinə, gündəlik və ya həftəlik kimi konkret, qısamüddətli hədəflər təyin edin. Misal üçün:
Bazar günü sağlam yemək yeyəcəyəm və kökəldən qidalardan qaçacağam.
Bu həftə ən azı üç gün sağlam qidalar yeyirəm və hətta işdə və ya məktəbdə nahara qalmalı olsam da, evdən özümlə sağlam yemək götürəcəm.
Gələn həftənin bazar ertəsi və çərşənbə günü bir dostumla gəzmək və söhbət etmək üçün görüş edəcəyəm.
Cazibədar yeməklər almıram və evdə varsa, istifadə etmədən gözdən uzaqlaşdırıram.
2. Səhər yeməyinizə baxın.
Hər porsiyada orqanizminizi ən azı 6 qram liflə təmin edən səhər yeməyi taxıllarını seçin və tərkibindəki şəkərin miqdarının hər porsiyada 10 qramı keçməməsinə diqqət yetirin. Yağsız süd, banan, giləmeyvə və bir neçə dilim alma ideal və dadlı səhər yeməyi ola bilər.
Səhər yeməyinizi yüksək lifli taxıllarla məhdudlaşdırmaq lazım deyil, amma hər halda müdrik seçimlər etməlisiniz. Bir dilim bütöv taxıllı qara çörək və bəzi yumşaq trans yağsız kərə yağı yaxşı seçim ola bilər.
3. Daha yavaş yeyin və yeməyin dadını çıxarın.
Yemək sürətinizi yavaşlatın. Bunun üçün hər dişləmədən sonra qaşıq və çəngəli yerə qoyub növbəti dişləmə üçün yenidən götürə bilərsiniz və ya hər dişləmədən sonra stəkanınızı götürüb bir qurtum su içə bilərsiniz.
İdeal olaraq, hər yemək üçün ən azı 20 dəqiqə sərf etməlisiniz (yalnız yemək üçün, yemək bişirmək və ya qabları toplamaq üçün deyil və s.). Çox tez yeyirsinizsə, bu gün başlamaq daha yaxşıdır. Yeməklərdən, nahar və ya şam yeməyindən və ya səhər yeməyindən biri ilə başlamaq daha məntiqlidir. Bir müddət sonra hər üç yeməyi yavaş-yavaş yeyin. Saatı yoxlamaq üçün yemək masasının yanında bir saatın olması sizə kömək edə bilər.
Bir yaxşı yemək vərdişi seçin və həyatınızın və rutininizin bir hissəsinə çevrilənə qədər bir həftə ərzində tətbiq edin, sonra növbəti yaxşı yemək vərdişinə keçin.
Şəbnəm