Sağlam qidalanma dünyasında özünəməxsus yeri olan avokado, ürək-damar xəstəliklərinə qarşı təbii və güclü qoruyucu təsiri ilə seçilir. Foodinfo.az xəbər verir ki, bu meyvənin zəngin monodoymamış yağ turşuları xolesterolu aşağı salmağa, pis xolesterinin (LDL) səviyyəsini azaltmağa kömək edir və eyni zamanda yaxşı xolesterin (HDL) səviyyəsini yüksəldir.

Avokado tərkibində bol miqdarda olan E vitamini damar divarlarının elastikliyini qoruyur və onları sərtləşmədən müdafiə edir. Alimlər bildirirlər ki, müntəzəm avokado istehlakı infarkt riskini azaltmaqla yanaşı, qan dövranını da yaxşılaşdırır, ürəyin sağlam funksiyasını dəstəkləyir.

Bundan əlavə, avokado kaliumla zəngindir – bu mineral isə təzyiqi tənzimləməkdə əsas rol oynayır. Yüksək kalium qəbulu hipertoniya riskini azaldır və ürəyin yükünü yüngülləşdirir. Bu xüsusiyyət avokadonun ürək xəstəliklərinin profilaktikasında əhəmiyyətini daha da artırır.

Meyvə təkcə ürək üçün deyil, həm də ümumi sağlamlıq üçün faydalıdır. Salatlara, smuzilərə əlavə edilən avokado, həm dadı ilə zənginləşdirir, həm də qida dəyərini artırır. Onun tərkibindəki antioksidantlar dərinin elastikliyini artırır, qocalma prosesini ləngidir və sağlam görünüşü təmin edir.

Avokado həzm sisteminə də müsbət təsir göstərir, bağırsaq hərəkətlərini tənzimləyir və arıqlama prosesində faydalı rol oynayır. Toxluq hissi yaratması səbəbindən acqarına qəbul edilən zaman artıq kalori qəbulunun qarşısını alır və beləliklə, kilo idarəsində də köməkçi olur.

Uşaqlar üçün də təhlükəsiz və faydalı bir qida hesab edilən avokado, süni qatqılar və konservantlar içərməyən tam təbii məhsuldur. Onu gündəlik menyuya daxil etməklə sağlam və balanslı qidalanmanın əsasını yaratmaq mümkündür.