Balqabaq toxumlarını həm qabığı soyulmuş, həm də qabıqlı halda yemək olar. Foodinfo.az xəbər verir ki, bu toxumlarının pəhrizdə xüsusi yeri var - onlar qidalı, çox yönlüdürlər.  

Balqabaq toxumları qida maddələri - kalium və maqnezium kimi antioksidantlar, həmçinin dəmir, kalsium, sink və omeqa-3 yağ turşuları və çoxlu bitki zülalları ilə zəngindir.

Bundan əlavə, qabıqlı balqabaq toxumları qabıqsız balqabaq toxumlarından daha çox doldurucu lif ehtiva edir.