Şərqdən gələn bu məşq aktiv nöqtələrə təzyiq nəticəsində bədənə müalicəvi təsir göstərir.
Foodinfo.az publika.az-a istinadla oxucularını bu sadə məşqin bədənə faydaları ilə tanış edir. Məşqə başlamaq üçün ən azı 7 səbəb var:
- qan dövranını yaxşılaşdırır;
- limfanın dövranını sürətləndirir;
- damarların divarlarını gücləndirir;
- varikoz xəstəliyinin inkişafına mane olur;
- diz oynaqlarını və baldır əzələlərini gücləndirir;
- baş ağrısı və başgicəllənməni aradan qaldırır;
- yüksək qan təzyiqini normallaşdırır
- ayaq pəncələri möhkəmləndirir, yastıpəncəlik, valqus zamanı çox faydalıdır.
Bir qədər aralı dayanıb əllərinizi divara söykəyin. Daha sonra dabanları yuxarı qaldırıb barmaq uclarında dayanmağa çalışın. Bir-iki saniyə bu şəkildə dayanaraq əvvəlki vəziyyətə qayıdın.
Beləliklə, hərəkəti 20-dən 50-yə qədər təkrarlayın. Daha effektiv nəticə əldə etmək istəyirsinizsə, gün ərzində - hər səhər, gündüz və axşam məşqləri təkrarlamaq tövsiyə olunur. Bacarsanız, məşqi divardan tutmadan həyata keçirin.
Məşq faydalı olsa da, ona başlamazdan həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur!