Dietoloq Anastasiya Kostomaxa və endokrinoloq Natalya Antonova SE  ilə söhbətində  çia toxumlarının ürək-damar sistemi üçün faydalarından danışıblar. Foodinfo.az bildirir ki, mütəxəssislər qeyd ediblər ki, məhsulun tərkibində olan bitki mənşəli yağlar xolesterinin səviyyəsini azaltmağa kömək edir. Buna görə də çia toxumu qan damarları üçün faydalıdır və ürək sağlamlığına faydalı təsir göstərir.

Həmçinin, qan dövranı yaxşılaşır və bununla da ürəyə yük azalır. Bundan əlavə, çia toxumları dəmir, manqan, mis və kalsiumla zəngindir.