Xarici diyetoloqların gəldiyi qənaətə əsasən, kələm turşusunun müntəzəm istifadəsi bağırsağın zərərli mikroorqanizmlərdən təmizlənməsinə kömək edir.
Foodinfo.Az medicina.az-a istinadən bildirir ki, kələm turşusunun tərkibindəki süd turşusu təbii probiotik kimi təsir edir. Bundan əlavə, tərəvəzin tərkibində C, B12, K vitaminləri, fol turşusu, beta-karotin, natrium, kalium, maqnium və kalsium var. Ona görə kələm turşusu bağırsaq problemləri zamanı kömək edir və orqanizmi xeyirli mikroelementlərlə zənginləşdirir.
Lakin kələm turşusundan çox istifadə etmək olmaz. Əks halda, bu, diareyaya səbəb ola bilər.