Ən dadlı və faydalı giləmeyvələrdən biri olan gilas vitaminlər, pektin, orqanik turşular, flavonoidlər, antosianlar, bir çox minerallar və digər faydalı maddələrlə zəngindir.
Alimlər qeyd edirlər ki, əgər müntəzəm olaraq gilas qəbul etsək, ürək və damar problemlərindən azad ola bilərik. Çünki bu giləmeyvənin tərkibində ürəyə müsbət təsir edən və immun sistemini gücləndirən çoxlu maddə var.
Saglamolun.az bildirir ki, gilas mədə-bağırsaq problemi olan insanlar üçün də faydalıdır. Bu meyvənin tərkibində pektin maddəsi çoxdur. Pektin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir, orqanizmdən toksin, şlak, ağır metalların duzlarını və digər ziyanlı maddələri xaric edir.
Həmçinin gilas çox güclü antioksidant təsiri olan polifenollarla zəngindir. Polifenollar orqanizmdə gedən qocalma proseslərini ləngidir, bir çox xroniki xəstəliklər və xərçəngin qarşısını alır.
Gilas qanda xolesterinin səviyyəsini və həmçinin arterial təzyiqi aşağı salır.
Yodla zəngin olduğundan gilas qalxanvari vəzinin sağlamlığına müsbət təsir edir.
Daha ətraflı VİDEO-da baxın: