
Limonlu ilıq su içmək bir çoxlarının səhər rituallarına çevrilib. Bu vərdişin arxasında bəziləri detoks effekti, bəziləri isə arıqlama səbəbi axtarır. Foodinfo.az KP-yə istinadla xəbər verir ki, limonun tərkibindəki C vitamini immuniteti gücləndirə bilər. Su ilə birlikdə qəbul edildikdə bədənə nəmləndirici və metabolik təsir göstərə bilər.
Limonun turşuluğu həzmi stimullaşdırır və qaraciyər fəaliyyətini aktivləşdirə bilər. Eyni zamanda ilıq su bağırsaqları hərəkətə gətirir. Lakin bu metodun detoks effekti elmi olaraq sübut olunmayıb. Yəni toksinləri bədəndən təmizləməsi sadəcə mif ola bilər.
Arıqlama isə yalnız limonlu su ilə mümkün deyil. Sadəcə sağlam vərdişlərə əlavə dəstək kimi dəyərləndirilə bilər. Diş minasına təsiri üçün içdikdən sonra ağız yumaq tövsiyə olunur. Faydası var, amma möcizə deyil.