Razyana yumşaq iqlimli coğrafiyalarda yetişən və bir çox xəstəliyə faydası olan şəfalı bitkidir.
Publika.Az xəbər verir ki, daha çox əzələləri rahatlaşdırıb sinirləri yumşaltması ilə məşhur olan razyananın əslində bilinəndən daha çox effekti var.
Həzm problemlərindən ana südünün artmasına qədər bir çox məqsədlər üçün istifadə edilə bu bitki Ramazan ayında iftardan sonra mədədə yaranacaq şişkinliyi aradan qaldırmaqda yardmçı ola bilər.
Razyana çayının faydaları:
- Həzm sistemini hərəkətləndirir, qəbzlik, qaz və şişkinliyi aradan qaldırır.
- Xoraya səbəb olan mədə problemləri ilə mübarizə aparır.
- Tənəffüs yolları xəstəliklərində faydalıdır. Xüsusilə, mövsüm dəyişkənliklərindəki soyuqdəymənin qarşısını alır.
- Ağız qoxusunu azaldır.
- Artıq çəkidən xilas olmağı asanlaşdırır.
- Menstruasiya dövrü ağrılarını azaldır.
- Əzələlərin yumşalmasını təmin edir və orqanizmi rahatlaşdırır.
- Xroniki ösükrəyi yüngülləşdirir.
- Ana südünü artırır, tərkibini zənginləşdirir.
- Qan təzyiqini balanslaşdırır. Ürəyin sağlamlığını qoruyur.
- Pəhrizdə olanların səhər razyana çayı içməsi tövsiyə olunur. Həm toxluq hissi verir, həm də metabolizmi sürətləndirir.
- Baş ağrılarını azaldır.
Razyana çayı necə hazırlanır?
1 fincan çay üçün 2-3 çay qaşığı razyana isti suya əlavə edilir və 3-5 dəqiqə dəmlənir. Daha sonra süzülür və səhər-axşam olmaqla, gündə 2 dəfə içilir.