Kamçatkadakı Şiveluç vulkanının püskürməsi çox böyük olmayan qlobal soyuqlaşmanın səbəbi ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə rusiyalı iqlimşünas Aleksey Kokorin danışıb.
“Hər hansı bir vulkan püskürməsinin təsiri güclü olur. Əgər stratosferə tullantılar varsa, o zaman bu, açıq-aydın qısa müddətə qlobal soyuma üçün bir siqnal olacaq”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, vulkan püskürməsi nəticəsində kül stratosferə çatmadıqda bunun təsirləri olduqca cüzi olur.
Leyla