Qəhvə sevənlər üçün kakao ilə zənginləşdirilmiş içkilər həm dadlı, həm də ruhlandırıcı seçim hesab olunur. Bu cür içkilər klassik qəhvədən fərqli olaraq daha yumşaq dad və xoş aroma təqdim edir. Foodinfo.az BB.LV-yə istinadən xəbər verir ki, kakao və qəhvənin birləşməsi əsasında hazırlanan içkilər müxtəlif reseptlərlə hər zövqə uyğun şəkildə təqdim oluna bilər.
Mütəxəssislər bildirirlər ki, kakao tərkibindəki faydalı maddələr sayəsində qəhvənin bəzi mənfi təsirlərini balanslaşdıra bilər. Ev şəraitində hazırlanan kakao-qəhvə içkiləri südlü, qaymaqlı və ya südsüz variantlarda hazırlanır. Ən sadə reseptlərdən biri qəhvənin türk üsulu ilə dəmlənərək kakao və az miqdarda südlə qarışdırılmasıdır. Daha zəngin dad sevənlər üçün vanilli şəkər, darçın və çırpılmış qaymaq əlavə edilən variantlar tövsiyə olunur. Bəzi reseptlərdə isə rəndələnmiş şokolad və ya kakao tozu ilə içkinin üzəri bəzədilir.
Dietinə diqqət edənlər üçün şəkərsiz, ksilit və ya darçınla hazırlanan alternativlər də mövcuddur. Bildirilir ki, kakao maqneziumla zəngin olduğu üçün qəhvənin orqanizmdə yaratdığı mineral itkisini qismən kompensasiya edə bilər. Darçın əlavə olunan içkilər isə qan şəkərinin tarazlanmasına kömək göstərə bilər. Bu içkilər səhər saatlarında enerji verən, günorta fasilələrində isə rahatladan təsirə malikdir.
Mütəxəssislər vurğulayırlar ki, kakao ilə qəhvə düzgün miqdarda istifadə edildikdə gündəlik qidalanmaya xoş və faydalı əlavəyə çevrilə bilər.






