Fındıq bədəndəki metabolik proseslərə müsbət təsir göstərir, qan damarlarını və ürəyi gücləndirir. Foodinfo.az Hibiny.ru-ya istinadən xəbər verir ki, tərkibində müxtəlif turşular, omeqa-3, omeqa-9, dəmir, sink və vitaminlər var.

Fındığın tərkibindəki fenolik birləşmələr qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir. Yağ turşuları, antioksidantlar, maqnezium və kalium sayəsində fındıq ürək fəaliyyətinə faydalı təsir göstərərək qan təzyiqini normallaşdırır.

Fındıq xərçəngin qarşısının alınmasında faydalıdır. Bir porsiya fındıq hüceyrələri zədələnmədən qoruyan maddələrin gündəlik dəyərinin 87%-ni ehtiva edir. Fındıq diabetli insanlarda qan şəkərinin səviyyəsini aşağı sala bilər.