Tərəvəz və meyvələr axan suyun altında əllərinizlə və ya fırça ilə yuyulmalıdır. Qabyuyan yuyucu vasitə və ya sabundan istifadə etmək tövsiyə edilmir. Foodinfo.az xəbər verir ki, kartof, turp, yerkökü, çuğunduru 10-15 dəqiqə ilıq suda islatmaq lazımdır. Sonra bir fırça ilə yaxşıca təmizləyin və yenidən yuyun.

Kələmi sərin su ilə yumazdan əvvəl, yarpaqların üst qatını çıxarın. Yaxşı olar ki, gül kələm və brokolini əvvəlcədən sərin suda isladıb qaralmış yerləri çıxarasınız.

Əvvəlcə göyərtiləri çeşidləməlisiniz. Kökləri, saralmış və zədələnmiş yarpaqları çıxarın. Sonra onu sərin suda 15 dəqiqə isladın və bütün çirklər dibinə çökənə qədər suyu vaxtaşırı dəyişdirərək, ayrı-ayrı yarpaqlara və budaqlara ayırın. Bundan sonra axan su ilə yuyun.