Əksər hallarda qarpız yedikdə biz qarpızın tumlarını tullayırıq.
Qarpız tumları xalq təbabətində dəyərli müalicəvi məhsul sayılır və geniş istifadə olunur. Qarpız tumları təzə, qurudulmuş və qızardılmış şəkildə istifadə oluna bilər. Tumların qabığını soymaq və çeynəyib yemək lazımdır.
- Qarpız tumlarının tərkibində olan sink və selen mineralları kişilər üçün xüsusilə xeyirlidir. Belə hesab olunur ki, qarpız tumları kişi orqanizminə "təbii viaqra" kimi təsir edir - potensiyanı (kişi gücü) artırır. Həmçinin tumlar prostat vəzinin sağlamlığını qoruyur, spermanın keyfiyyətini yaxşılaşdırır.
- Qarpız tumları insanın sinir sisteminə də müsbət təsir edir - sakitləşdirir, yuxunu yaxşılaşdırır.
- Qarpız tumları yaddaşı yaxşılaşdırır.
- Qarpız tumları qurdqovucu təsirə malikdir. Xalq təbabətində balqabaq tumları ilə yanaşı qarpız tumları da qurdqovucu vasitə kimi geniş istifadə olunur.
- Qarpız tumları ürək üçün də faydalıdır. Onların tərkibində "arginin" adlı aminturşusu var ki, bu aminturşusu ürəyin işemik xəstəliyinin riskini azaldır, arterial təzyiqini tənzimləyir.
- Qarpız tumalrı ürək və beyin damarlarının sağlamlığını qoruyan Omeqa-6 yağlı turşularla zəngindir.
- Tumlar bağırsaqları burada yığılan şlaklar, toksinlər və s. ziyanlı maddələrdən təmizləyir.
- Xalq təbabətində qarpız tumlarından müalicəvi "qarpız südü" hazırlayırlar. Bunun üçün təzə qarpız tumları həvəngdəstədə əzilir, üzərinə soyuq qaynanmış su əlavə olunur (1:10 nisbətində - məsələn, 1 qaşıq tum + 10 qaşıq su) və 6-8 saat ərzində qaranlıq yerdə saxlanılır. Daha sonra "süd" süzülür və sidik və ödqovucu və həmçinin qurdqovucu vasitə kimi (enterobioz və askaridioz zamanı) istifadə olunur.
Bu "süd" həmçinin kosmetik vasitə kimi dəridə səpgilər, piqment ləkələri, çillər zamanı istifadə olunur. "Süd" gün ərzində bir neçə dəfə dərinin problemli sahələrinə çəkilir.
Qarpız tumları orqanizmdən sidik turşusunu xaric edir və bu səbəbdən böyrək daşı xəstəliyi, podaqra, artrit zamanı müalicəvi vasitə kimi çox uğurla istifadə olunur.
Saglamolun.Az