Qara çay dünyada ən çox içilən içkilərdən biri hesab edilir. Foodinfo.az bildirir ki, tərkibindəki antioksidantlar ürək xəstəliklərinə qarşı qoruyur. Qara çay qan dövranını yaxşılaşdırır və xolesterini, sakitləşdirici təsiri ilə stressi azaldır və beyin fəaliyyətini gücləndirir.

Gündəlik qəbul edilən qara çay immunitet sisteminə müsbət təsir göstərir ki, nəticədə həzm sistemini stimullaşdırır və mədə-bağırsaq problemlərini azaldır.

Qara çayın tərkibindəki təbii kofein bədənin enerjisini artırır və flavonoidlər sayəsində iltihablara qarşı müsbət təsirlidir. Lakin bəzi əks effektləri də var. Belə ki, həddindən artıq qəbul edildikdə yuxusuzluq yarada bilər.