
İsti havalarda orqanizmin suya tələbatı kəskin şəkildə artır. Foodinfo.az bildirir ki, yüksək temperatur və tərləmə nəticəsində bədənin maye ehtiyatı tez tükənir. Su çatışmazlığı baş ağrısı, halsızlıq və təzyiqin düşməsi ilə özünü göstərə bilər.
Həkimlər gün ərzində azı 2-2.5 litr su içməyi tövsiyə edir. Susuzluğu yalnız su ilə deyil, çiy tərəvəz və meyvələrlə də qarşılamaq mümkündür. Xüsusilə qarpız, xiyar və pomidor su balansını qorumaqda effektivdir.
Mütəxxəssislər hesab edir ki, qazlı və şəkərli içkilər isə bədəni daha da susuzlaşdırır.