Gündəlik şəkər istehlakı çox sayda sağlamlıq probleminin əsas səbəblərindən biridir. Foodinfo.az bildirir ki, artıq şəkər qəbulu bədəndə iltihabi prosesləri artırır və metabolizmi zəiflədir. Bir çox insan tərkibində gizli şəkər olan məhsullardan xəbərsiz şəkildə istifadə edir.

Bu isə zamanla qaraciyərdə yağlanma və insulin dirəncini yaradır. Şəkərin tez-tez qəbul edilməsi dəridə sızanaq və erkən qocalma prosesini sürətləndirir. Həmçinin, beyində dopamin ifrazını pozaraq asılılıq yaradır.

Mütəxəssislər bildirir ki, gündə 25 qramdan artıq şəkər qəbul edilməməlidir. Qazlı içkilər, hazır şirniyyatlar və fast-food məhsulları bu miqdarın əsas mənbəyidir. Uşaqlarda şəkərin yüksək istifadəsi hiperaktivlik və diqqət dağınıqlığına səbəb olur.

Gecə şəkər qəbul etmək isə yuxu keyfiyyətini aşağı salır. Əvəzində təbii şirinləşdiricilər və meyvələrə üstünlük verilməlidir. Şəkərsiz həyat sağlamlığın əsas şərtidir.