
Dietoloq Yelena Solomatina bəzi məhsulların tərkibində gizli şəkər olduğunu və bunun insanların sağlamlığında ciddi fəsadlara yol aça biləcəyini açıqlayıb. Foodinfo.az bildirir ki, o qeyd edib ki, bir çox insanlar çaya və ya qəhvəyə şəkər əlavə etmədiklərini düşünərək, ümumiyyətlə şəkər qəbul etmədiklərini zənn edirlər.
Halbuki bal, üzüm, banan və xurma kimi təbii məhsullarda da gizli şəkər mövcuddur. Eyni zamanda, yüksək qlikemik indeksi olan makaron, manna sıyığı və ağ düyü sıyığı da qan şəkərini sürətlə artırır.