
Yaşıl çay antioksidant və polifenollarla zəngin olduğuna görə müntəzəm və orta dərəcədə istifadəsi sağlamlığa faydalı ola bilər. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Qalina Leonova məlumat verib.
O qeyd edib ki, yaşıl çaydakı əsas maddələrdən biri olan EGCG hüceyrələri oksidləşdirici stressdən qoruyur. Mütəxəssisə görə, yaşıl çay xərçəng və kariyes riskinin azalmasına, eləcə də ikinci tip şəkərli diabetin qarşısının alınmasına kömək edə bilər.
Çay həmçinin sağlam çəkinin qorunmasına da dəstək göstərir. Lakin həkim vurğulayıb ki, yaşıl çay tibbi müalicəni əvəz etmir və bu sahədə əlavə elmi sübutlara ehtiyac var.