Rusiyanın Səhiyyə Nazirliyinə tabe olan akademik Dedov adına Endokrinologiya Milli Tədqiqat Mərkəzinin direktoru, tibb elmləri doktoru və akademik Natalya Mokrışeviya diabet xəstələri üçün uyğun giləmeyvələr barədə açıqlama verib.

İqtisadiyyat.az “kp.ru”ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, şəkərli diabetdən əziyyət çəkən insanlar giləmeyvə və meyvə seçərkən ilk növbədə onların qlikemik indeksinə (Gİ) diqqət yetirməlidirlər. Aşağı və orta Gİ-yə malik olan meyvələr qan şəkərinin sürətli artmasına səbəb olmur və bu baxımdan daha təhlükəsiz sayılır.

Mokrışeviya bildirib ki, çiyələk, qaragilə və moruq diabet xəstələri üçün təhlükəsiz hesab olunur. O, həmçinin armud və şaftalının da aşağı və orta Gİ göstəricilərinə malik olduğunu vurğulayıb.

“Əksinə, üzüm, qarpız, yemiş və banan kimi meyvələr qan şəkərini daha sürətli yüksəldir. Bu səbəbdən həmin meyvələri az miqdarda və nadir hallarda istehlak etmək məsləhətdir”, – deyə o əlavə edib.

Mütəxəssis, sağlam qidalanmanın vacibliyini qeyd edərək, diabet xəstələrinin rasionunu fərdi şəkildə tənzimləməsinin və həkim məsləhəti ilə seçim etməsinin zəruriliyini vurğulayıb.