Şalğam müxtəlif mikrob əleyhinə, iltihabəleyhinə, antioksidant və s. xüsusiyyətlərə malikdir və onun istehlakı qışda çox faydalıdır.

Foodinfo.az xarici KİV-ə istinadən bildirir ki, şalğam bir çox Asiya və Avropa ölkələrində qış tərəvəzlərindən biri sayılır. 

Şalğam çox aşağı kalorili tərəvəzlər kateqoriyasındadır və onun hər 100 qramı təxminən 28 kilokalori enerjiyə malikdir. Həmçinin yaxşı qida lifi mənbəyidir (təxminən 100 qrama 1,8 qram) və həzm sisteminin yaxşılaşdırılmasında təsirli olur.

Hər 100 qram şalğamda təxminən 21 mq C vitamini var ki, bu da insan orqanizminin gündəlik tələbatının az qala üçdə birini təmin edə bilir.

Şalğamın tərkibində xolesterin və trans yağ turşuları kimi zərərli yağlar yoxdur və fol turşusu kimi bəzi B qrupu vitaminləri də var.

Şalğamın tərkibində kalsium, kalium, natrium və maqnezium kimi minerallar var. Bu kök tərəvəzin hər 100 qramında 30 milliqram kalsium və 191 milliqram kalium var ki, bu da insanların gündəlik tələbatının bir hissəsini təmin edə bilir.

 Şalğam iltihabəleyhinə və mikrob əleyhinə xüsusiyyətlərə malikdir və bakteriyaların böyüməsini maneə törədir və buna görə də qış mövsümündə və soyuq aylarda bişmiş şalğamdan çox istifadə etmək lazımdır. 

Bu tənəffüs yolu infeksiyaları, soyuqdəymə, sinüzit (burun ətrafındakı sinus boşluqlarında iltihab), öskürəyə çox faydalıdır.

Şalğamın yaşıl yarpaqları K, C vitaminləri, fol turşusu və beta-karotin (A vitamini) ilə zəngindir.

 Böyrək daşı olan insanlar şalğamdan daha ehtiyatla istifadə etməlidirlər.