Menyunuza müntəzəm olaraq yerkökü istifadə etməmisinizsə, buna ciddi yanaşmağın vaxtıdır.
Foodinfo.az xəbər verir ki, əgər yerkökünün faydaları ilə tanış deyilsinizsə, bu haqda ətraflı öyrəndikdən sonra mütləq menyunuza yerkökü əlavə edəcəksiniz.
1. Görmə qabiliyyətini gücləndirir
Yerkökü müxtəlif vitamin və minerallarla zəngindir və bunların hamısı bir çox bədən orqanlarının optimal fəaliyyətində mühüm rol oynayır. Yerköküdəki ən mühüm birləşmə yerköküyə narıncı rəng verən və insan orqanizmində A vitamininə çevrilən beta-karotindir. A vitamini gözlərin sağlamlığının gücləndirilməsində və görmə qabiliyyətinin yaxşılaşdırılmasında müsbət rolu ilə tanınır və onun müntəzəm və kifayət qədər qəbulu da makulyar degenerasiya riskini azaldır. Hər yarım stəkan doğranmış çiy yerkökü orqanizmin gündəlik A vitamini ehtiyacının yarıdan çoxunu təmin edir.
2. Dərinin sağlamlığını qorumağa kömək edir
A vitamini görmə qabiliyyətimizdəki xüsusi rolundan əlavə, dərinin sağlamlığını da qorumaq üçün vacib bir elementdir. Son tədqiqatlar göstərir ki, A vitamini və karotenoidlərin qəbulunun artırılması dəri xərçəngi riskini azaldır.
3. Həzm sistemi üçün faydalıdır
Hər bir stəkan doğranmış yerköküdə təxminən 4 qram lif var ki, bu da həll olunan liflər (pektin şəklində) və həll olunmayan liflərin birləşməsidir. Həll olunan liflər mədənin boşalmasını ləngidə bilər, eyni zamanda yerkökü yedikdən sonra toxluq hissini də artırır. Həll olunmayan lif də nəcisin həcmini artırır və beləliklə qəbizliyin qarşısını alır. Bu iki növ lifin birlikdə olması kökü həzm sisteminin sağlamlığını qorumaq üçün ən yaxşı qidalardan birinə çevirmişdir.
4. Qan şəkərinin tənzimlənməsi
Yerkökü qan şəkərinə təsir edən qidalardan biridir və nəticədə şəkərli diabet xəstələri və ya müxtəlif səbəblərdən qan şəkərinin dəyişməsindən qaçmaq istəyənlər üçün ən yaxşı seçimlərdən birinə çevrilir.
5. Ürək üçün faydalıdır
Yerkökü kaliumla zəngindir, eyni zamanda bu qida ürək-damar sistemi üçün çox vacibdir. Antioksidant xüsusiyyətlərə malik olan yerköküdəki bitki qidaları (məsələn, karotenoidlər və polifenollar) yerkökünün qida dəyərini artırır. Bu elementlərin liflərlə birləşməsi həm də o deməkdir ki, yerkökünün müntəzəm istehlakı ürək-damar xəstəliklərinin qarşısını alır və yüksək qan xolesterolu kimi ürək xəstəliklərinin risk faktorlarına nəzarət etməkdə müsbət rol oynayır.
Şəbnəm