Texnika elmləri namizədi Dmitri Bıstrov RİA Novosti-yə yulaf yeməyin təhlükəli olduğunu deyib. Foodinfo.az xəbər verir ki, o, yulafın liflə zəngin olduğunu qeyd edib. Ancaq bəziləri üçün onun artıqlığı həzm problemlərinə və mədə-bağırsaq traktının pozulmasına səbəb ola bilər.
Qıcıqlanmış bağırsaq sindromu və ya digər mədə-bağırsaq xəstəlikləri olan insanlar ehtiyatlı olmalı və tədricən yulaf ezmesini pəhrizlərinə daxil etməlidirlər. Mütəxəssisin fikrincə, yulafın tərkibindəki karbohidratların əhəmiyyətli miqdarı qan şəkərinin səviyyəsinin kəskin artmasına və nəticədə qlükoza nəzarətində problemlərə səbəb ola bilər. Şəkərli diabet və digər metabolik pozğunluqları olan insanlar yulafın miqdarına nəzarət etməlidirlər.
Yulaf həmçinin kalsium, maqnezium, dəmir və sinkin udulmasına mane ola bilən turşular ehtiva edir.