“Yuxarı tənəffüs yolu infeksiyalarından xilas olmaq, qorunmaq və immunitetimizi gücləndirmək üçün xüsusilə qış mövsümündə hər gün 5-6 porsiya meyvə və tərəvəz istifadə etmək lazımdır”.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Türkiyəli professor Nəriman İnançın sözlərinə görə, çuğundur və kələmin tərkibi kalsiyum, dəmir, kalium və C vitamini ilə zəngindir. Bu məhsullar immunitet sistemini gücləndirirlər. Kökün tərkibində isə A, B1 və B2 vitaminləri var.
Meyvələrdən xüsusilə heyvanın önəminə diqqət çəkən həkim bildirib ki, bu meyvənin suyundakı C vitamini yuxarı tənəffüs yolları infeksiyalarının müalicəsində istifadə oluna bilər.