ABŞ- da 100 yaşlı həkim Hovard Taker dünyanın ən yaşlı fəaliyyətdə olan həkimi kimi tarixə düşüb.
"Medicina" xəbər verir ki, aktivliyi ilə seçilən 100 yaşlı həkim Gİnnesin Rekordlar kitabına düşüb.
Nevroloq olan Taker uzunömürlülüyün səbəbini belə açıqlayıb:
"75 ildir işləyirəm. Pandemiya zamanı həftənin 5-6 günü xəstələri görürdüm. Həftədə üç gün feldşerlərə dərs deməyə davam edirəm. Sevdiyiniz bir işiniz varsa və hələ də işləyə bilirsinizsə, təqaüdə çıxmağı təxirə salın.
Üzmə, qaçış, gəzinti və xizək sürmə insanı gec yaşa qədər güclü və sağlam saxlayır. 15 dəqiqəlik gəzinti vaxtından əvvəl ölüm riskini azalda bilər. Həyatımda siqaret çəkməmişəm. Hər gün olmasa da, sevdiyim yeməkləri yeyirəm".