106 yaşlı Doroti Yanq hər iki Dünya müharibəsini görüb.
Britaniya əsilli qadın uzun ömrünün sirrini rəqs etməkdə görür.
Foodinfo.az "Medicina"ya istinadən xəbər verir ki, Doroti 27 may 1918-ci ildə anadan olub.
5 yaşında Qadınlar İnstitutuna daxil olub, orada dəri emalı, qab-qacaq boyama, bağçılıq, tikmə və tikiş öyrənib. Yanqın sözlərinə görə, onun ən çox marağı rəqsə olub.
Sonradan ailə qurduğu Corcla Böyük Mançester qraflığında 52 il birlikdə yaşayıb, iki qız övladı və dörd nəvə böyüdüblər. Q
Hazırda Yanqın altı nəticəsi var. 1997-ci ildə həyat yoldaşının vəfatından sonra sonra qocalar evinə köçüb.
Yanq bütün həyatı boyu heç vaxt siqaret çəkməyib, alkoqolu isə yalnız 102 yaşında, pandemiya ilə əlaqədar karantin zamanı dadıb.
Təqaüdçü qadın zəngin və uzun ömrünün digər sirrini həmişə özünü xoşladığı şeylərlə əhatə etməyə çalışmasında görür.