Gecələr yataqda uzanıb yuxusuzluqdan əziyyət çəkirsiniz? Ola bilsin ki, siz yanlış qidalar yeyirsiniz, lakin onların yuxunuzu qaçırdığının fərqində də deyilsiniz. Foodinfo.az Doctorpiter.ru-ya istinadən xəbər verir ki, dietoloq onları sadalayıb.

Yuxunun keyfiyyətinə yalnız otaq temperaturu və səs-küy səviyyəsi deyil, həm də pəhriziniz də təsir edir. Əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, bunun səbəbi müəyyən yemək vərdişləri ola bilər.

Mütəxəssisin fikrincə, az adamın yuxuya mane olduğunu düşünə biləcəyi daha sağlam qidalar var. Sərt pendir, tünd şokolad, mal əti, kolbasa, kahı və çiy tərəvəzlər, meyvə bu siyahıya daxildir.