Tez-tez sidiyə getmə, sidiyə çıxanda yanma, qanaxma, sidik qaçırma, ani tələsik kimi şikayətlərlə özünü göstərən sidik kisəsi xərçənginin əmələ gəlməsində genetik meylin, siqaretin, xroniki iltihabların yanında boya sənayesində istifadə edilən bəzi maddələrin və dərmanların da təsirli ola biləcəyi məlum olub.
Foodinfo.az xəbər verir ki, adətən orta və yuxarı yaşlarda sidikdə qanaxma ilə özünü göstərən xəstəlik xəstənin heç bir ağrı hiss etmədiyi bir vəziyyətlə də özünü göstərə bilər. Bəzən o qədər məkrli olur ki, yalnız laboratoriya müayinələri ilə aşkarlana bilir.
Sidik kisəsi şişi şübhəsi olan xəstələrin şikayətləri diqqətlə dinlənməli, şübhənin real olub-olmadığına qərar vermək üçün xəstə müayinə edilməli, sidikdə qanaxmanın aşkarlanması üçün sidik analizi, ultrasəs və tomoqrafiya kimi laboratoriya üsullarından istifadə edilən kütlənin görüntülənməsi təmin edilməlidir.
Sidik kisəsi xərçənginin müalicəsində erkən diaqnozun çox əhəmiyyəti var. Müalicənin forması, ölçüsü və çətinliyi diaqnozun gecikməsi ilə dəyişir və getdikcə ağırlaşır. Erkən diaqnoz qoyulan sidik kisəsi şişlərində sidik yolları vasitəsilə daxil edilərək şiş quruluşu xəstədən çıxarıla, lazımi dərman dəstəyi və təqibi ilə xəstə sağala bilər.
Sidik kisəsi şişinin gec bilinməsi halında xəstənin sidik kisəsi tamamilə çıxarıla və çox daha ağır əməliyyatlar və müalicə prosesləri tələb oluna bilər. Ona görə də erkən diaqnoz çox vacibdir.