Hər hər ayda bir dəfə də olsa marketlərdən aylıq bazarlıq edir. Elə məhsullar var ki, onları alan zaman mütləq ona diqqət yetirmək gərəkdir.
Holland pendiri alan zaman diqqətli olmaq lazımdır. Pendiri yüngülcə sıxıb buraxanda yenə də əvvəlki halına gəlirsə, keyfiyyətli, gəlmirsə, deməli köhnədir.
Təzə ət çəhrayı rəngdə olmalıdır, qırmızı və qəhvəyi yox. Təzə əti də sıxanda əvvəlki halına geri dönməlidir, bir də yapışqan olmamalıdır.
Qəhvəni seçmək çətindir. Amma bir nüansa diqqət edin. Qəhvə şüşə və dəmir qabda satılmalıdır. İstifadə müddəti 18 aydan yuxarı olmamalıdır.
Dondurma alarkən meyvə tərkiblilərə üstünlük verməyin. Çünki onlar konservant tərkiblidir. Fıstıqlı, kakolu və vanilli dondurmalara üstünlük verin.
Bal şəffaf olmalıdır, birrəng olmalıdır, baş barmaq ilə işarət barmağı arasında balı vuranda süzülməlidir. Bu zaman bilmək olar ki, bal təmizdir.
Şokolad alarkən tərkibinə diqqət yetirin. Tərkibi nə qədər az olsa, bir o qədər təmiz şokoladdır.
Təzə balıq gözündən bilinir. Balığın gözü parıldayırsa, yenidir. Eyni zamanda balığı quyruğundan tutanda əlinizdən sürüşürsə, təzə olduğunu anlayın. (Sputnik Azərbaycan)