Çay, xüsusilə qara çay, Azərbaycanda ən çox istifadə olunan içkilərdəndir. Mütəxəssislər bildirir ki, həddindən artıq çay qəbulu sağlamlıq üçün müəyyən risklər yarada bilər.

Foodinfo.az bildirir ki, gün ərzində 5-6 stəkandan çox çay içmək bədəndə dəmir çatışmazlığına səbəb olur. Çünki çay tərkibindəki tanin maddəsi dəmirin sorulmasını zəiflədir. Bu isə zəiflik, halsızlıq və başgicəllənmə yaradır. Həmçinin, çayın çox içilməsi mədə turşusunu artırır və reflü problemini gücləndirir. Gecə saatlarında çay içmək yuxu ritmini pozur və əsəb gərginliyi yaradır.

Mütəxəssislər axşam saatlarından sonra tünd çaydan imtina etməyi tövsiyə edirlər. Çayın şəkərsiz və limonlu içilməsi isə həm sağlam, həm də faydalıdır. Gün ərzində maksimum 3-4 stəkan çay orqanizm üçün təhlükəsiz sayılır.