
Yay mövsümünün sevilən meyvəsi qarpızın gözlənilməz faydaları müəyyən olunub. Foodinfo.az bildirir ki, araşdırmalara görə, qarpız orqanizmdə serotonin hormonunun ifrazını artırır.
Bu hormon insanın yuxu ritmini tənzimləyir və yuxuya getməyi asanlaşdırır. Tərkibindəki su və maqnezium isə sinirləri sakitləşdirir. Günorta saatlarında 1-2 dilim qarpız yemək axşam daha rahat yuxuya getməyə kömək edir.
Eyni zamanda, qarpız stress hormonlarının səviyyəsini azaldır. Qarpız az kalorili və su tərkibli olduğundan arıqlamaq istəyənlər üçün də idealdır. Diuretik təsiri ilə bədəndəki artıq mayeni çıxarır. Kaliumla zəngin olması ürək ritmini tənzimləyir.
Qarpızın ləpəsi isə enerji mənbəyidir və əhval-ruhiyyəni yaxşılaşdırır. Mütəxəssislər qarpızı axşam deyil, günorta saatlarında istehlak etməyi tövsiyə edir.