Hemotest laboratoriyasının həkimi Aleksandra Fileva süd və yumurtaya qarşı allergiyanın zamanla azala biləcəyini deyib. Foodinfo.az bildirir ki, onun sözlərinə görə, bu, orqanizmin allergenə qarşı tolerantlığının artması ilə bağlıdır və bu hal xüsusilə allergenlə təmas miqdarı az olduqda daha çox müşahidə edilir.

Lakin o əlavə edib ki, tozcuqlara, gənələrə və heyvan tüklərinə qarşı allergiyalar adətən yaşla keçmir. Onların simptomları zəifləyə bilər, amma tamamilə yox olması nadirdir.

Mütəxəssislər inək südündəki kazein və zərdab zülallarının uşaq immuniteti tərəfindən yanlışlıqla təhlükəli kimi qəbul edildiyini bildirir. Bu da uşaqlarda allergik reaksiyalara səbəb olur.

Həkimlər qeyd edir ki, allergiyalar fərdi yanaşma tələb edir və bəzi hallarda yaşla keçsə də, digər hallarda ömür boyu davam edə bilər.