
İstanbulda fəaliyyət göstərən tanınmış fitoterapevt Dr. Yasin Baloğlu zəncəfilin qış aylarında həm immuniteti, həm də həzm sistemini gücləndirdiyini vurğulayır.
Foodinfo.az bildirir ki, onun sözlərinə görə, zəncəfilin tərkibindəki gingerol maddəsi virus əleyhinə təsir göstərir və soyuqdəymə hallarını azaldır.
Təbii çay formasında, limonla birlikdə istifadə edildikdə təsiri daha da güclənir.
Eyni zamanda, zəncəfil ürəkbulanma və mədə narahatlıqları zamanı da müalicəvi rola malikdir.