
Fransanın Bordeaux şəhərində fəaliyyət göstərən dietoloq Mari Dülak yumurtanın toxluq hissini uzatmaqda təsirli olduğunu bildirib.
Foodinfo.az bildirir ki, o, qeyd edir ki, yumurtada olan yüksək keyfiyyətli zülallar maddələr mübadiləsini sürətləndirir.
Səhər yeməyində 1-2 qaynadılmış yumurta yeyən şəxslər gün ərzində daha az kalori qəbul edir.
Fransa Səhiyyə İnstitutunun araşdırmasında yumurtanın qandakı şəkər səviyyəsinə sabitləşdirici təsir göstərdiyi müəyyən olunub. Bununla yanaşı, xolesterinlə bağlı köhnə inancların artıq qüvvədən düşdüyü vurğulanır.