
Yay aylarında çoxlarının vazkeçilməzi olan dondurma düşündüyümüz qədər də zərərli deyil.
Foodinfo.az bildirir ki, Rusiyalı diyetoloq Oksana Petrova dondurmanın düzgün seçildiyi halda hətta bəzi faydaları olduğunu vurğulayıb. Onun fikrincə, təbii süd, az şəkər və meyvə tərkibli dondurmalar bədənin kalsium və B qrupu vitamin ehtiyacını qismən qarşılayır. Həmçinin dondurma yemək beyində serotonin və dopamin ifrazını artırır, bu da insanın əhvalını yaxşılaşdırır.
Petrova xəbərdarlıq edir ki, dondurma aç qarına və ya sürətlə yeyildikdə boğaz ağrısı və mədə pozğunluqları yarada bilər. Eyni zamanda, süni tatlandırıcılarla dolu sənaye dondurmalarından uzaq durmaq lazımdır. Uşaqlara təbii ev dondurmaları tövsiyə olunur.
Araşdırmalar göstərir ki, həftədə 1-2 dəfə doğru porsiyada yeyilən dondurma arıqlama prosesinə də mane olmur. Petrova dondurmanı günorta saatlarında, əsas yeməkdən sonra və kiçik porsiyada qəbul etməyi məsləhət görür. Beləliklə, yay istisində həm ləzzət almaq, həm də sağlam qalmaq mümkündür.