
Alma zəngin lif və antioksidant mənbəyidir. Foodinfo.az bildirir ki, alma ürək xəstəlikləri riskini azaldır və xolesterini normallaşdırır. Onun tərkibində pektin adlı lif vardır ki, bağırsaq florasının balansını qoruyur. Almada mövcud olan flavonoidlər ürək damarlarını gücləndirir. Müntəzəm alma yemək həzm sistemini normallaşdırır və toksinlərin çıxmasına kömək edir.
Alma həmçinin orqanizmi təmizləyir və enerji verir. Gündəlik bir ədəd alma sağlam qidalanmanın tərkib hissəsidir. Alma təzə, yuyulmuş və qabıqlı halda istifadə edilməlidir. Onun tərkibində az kalori vardır və arıqlamaq istəyənlər üçün ideal qidadır.
Alma dəriyə parlaqlıq verir və yaşlanma əlamətlərini gecikdirir. Uşaqlar və böyüklər üçün faydalıdır. Alma orqanizmin təbii müdafiəsini gücləndirir. Bu meyvə sağlam həyat üçün vacibdir.