Almaniyada müşahidə olunan ərzaq bahalaşması yoxsul əhali üçün təhlükəli həddə çatıb.

Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, Yoxsulların Problemləri üzrə Dövlət Konfransı ölkədə yoxsullara 1000 avro məbləğində birdəfəlik maliyyə yardımının edilməsini və əsas ərzaq məhsullarının əlavə dəyər vergisindən azad edilməsini tələb edib.

Həmçinin mövcud tendensiyanın yoxsul əhali üçün acınacaqlı nəticələri barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, ölkədə illik göstəricilərə əsasən ərzaq məhsullarında qiymət artımı 20 faizə yaxındır.

Fərid