Amerikan həyat tərzi müasirliyi ilə seçilsə də bəzi pis vərdişlərin də mənbəyidir. Məsələn, onlar həddən artıq fast-fud yeyir və ya televizora baxırlar.
Amerikadan başlasa da bütün dünyada yayılan 6 pis vərdişi təqdim edirik.
Həddən artıq fats-fud yeyirlər
Amrikanlar dünyada ən çox fast-fud yeyən insanlardır. Son sorğulara görə, ABŞ-da sürətli qida restoranlarında (Makdonalds, Burqer Kinq, KFC və s.) hər gün 50 milyon amerikalı yemək yeyir. Hər 10 amerikalıdan 8-i ayda azı bir dəfə fast fud yeyir. Amma indi başqa ölkələr də bu məsələdə amerikanlara çatırlar. Məsələn, 2013-cü ildə Fransada restoran sifarişlərinin 50%-i fast fudun payına düşüb ki, bu da əvvəlki ilə nisbətən 14% artıqdır. Fast fud restoranları Kanada, Böyük Britaniya, Cənubi Koreya, Almaniya və Yaponiyada da sürətlə artmaqdadır.
Normal nahar etməmək
Amerikanlar çox vaxt iş yerində, elə kompüterin qarşısında nahar edirlər. «The New York Times»in apardığı araşdırmalara görə, işləyən amerikalıların 62%-i işdən ayrılmadan, elə iş yerində nahar edir. Amma indi təkcə amerikalılar belə deyil: Fransada da nahara ayrılan vaxt azalır. 1975-ci ildə işçilər orta hesabla 80 dəqiqə nahar edirdilərsə, 2011-də bu müddət 22 dəqiqəyə düşüb. Getdikcə daha çox fransız, amerikalılar kimi kompüterin qarşısında nahar edir.
Endirim vaxtı panika ilə hər şeyi almaq
Nə vaxtsa "Qara cümə" anlayışı sırf Amerika üçün idi. Həmin gün mağazalar maksimal endirimlər təklif edir, amrikalılar isə onlardan yararlanmaq üçün satış nöqtələrinə axışırdılar.
Amma indi bu hal bütün dünyaya yayılıb. Çoxlu sayda ölkələr, məsələn Kanada, Meksika, Böyük Britaniya, Norveç, Fransa, Avstraliya, Rumıniya və Almaniya da məhz ABŞ-dakı vaxt endirim edirlər. Xüsusilə Kanadada buna məcburdurlar. Məsələ bundadır ki, Kanada ABŞ-la qonşu olduğuna görə, ABŞ-da endirim olanda kanadalılar ucuz mal almaq üçün ABŞ-a axışır və bütün pullarını burada xərcləyirdilər. Cavabında Kanada hökuməti də ölkə daxilində endirimləri həvəsəndirdi ki, alıcılar öz pullarını ölkə daxilində xərcləsinlər.
Həddən artıq çox işləmək
Amerikalılar iş yerində gecəyə qədər qalmaqları və iş vaxtından da artıq işləməkləri ilə məşhurdular. 2014-cü ildə aparılan araşdırmalar göstərib ki, amerikalı işçilər iş yerlərində orta hesabla həftədə 47 saat vaxt keçirirlər. Bununla yanaşı, Avropa əhalisi, xüsusilə də Almaniya və İsveç vətəndaşları iş yerlərində həftədə cəmi 35 saat keçirirlər və qanun onlara icazə verir ki, həftədə 48 saatdan artıq işləməsinlər.
Amma heç də bütün Avropada vəziyyət belə deyil. Məsələn Britaniyada situasiya ABŞ-dakı kimidir. Burada işçilər orta hesabla həftədə 42 saat işləyirlər.
Sosial şəbəkələrdən asılılıq
ABŞ – çoxsaylı sosial şəbəkə və platformaların, o cümlədən Facebook, Instagram, Snapchat və Twitter-in vətənidir. Amerikalılar da sosial şəbəkələri çox sevir və burada çox vaxt keçirirlər. Amma arıq çoxdandır ki, bu məsələdə amerikanlar ilk 10-luqda da deyillər. Hazırda sosial şəbəkələrin əsas həvəskarları Filippin, Braziliya,, Meksika, Argentina, BƏƏ və Malayziyadır. Bu ölkələrin vətəndaşları hər gün sosial şəbəkələrdə orta hesabla 3 saat vaxt keçirirlər.
Bütün günü televizora baxmaq
2015-ci ilin hesabatlarına görə, amerikanlar televizorun qarşısında həddən artıq vaxt keçirirlər: bu göstəriciyə görə, onlar bütün ölkələrdən qabaqdadırlar. Hər bir amerikalı gün ərzində orta hesabla 4 saat 42 dəqiqə televizora baxır. Amma artıq başqa ölkələrin sakinləri amerikalılara çatmaqdadırlar. Avstraliyalılar, italyanlar və polyaklar gündə orta hesabla 4 saat TV-yə baxırlar. (FED.az)